Right Menu - Home Əsas Səhifə
Right Menu - Sitemap Səhifənin Xəritəsi
Right Menu - Contact Us Bizimlə Əlaqə
Right Menu - Bookmark Sevimlilər Listimə Əlavə Et
Right Menu - Print Çap et
 
PEDİATRİYA

Pediatriya klinikamıza xoş gəlmişsiniz,

Tayı-bərabəri olmayan texnoloji xüsusiyyətlərə malik medicopin xidmətimizdən yararlanaraq, heç bir xarici ölkəyə getmədən dünyanın ən önəmli pediatrları ilə əlaqə yaratmaqdasınız.

Pediatriya klinikamızda fəaliyyət göstərən mütəxəssislərimiz, dünyanın bütün xəstəxanalarından onlara ünvanlanmaqda olan qarışıq, çətin və nadir hallarda rastlaşılan xəstəliklərin müalicəsini öz öhdələrinə götürə bilən təcrübəli şəxslərdir.

Mütəxəssislərimiz, sizin dolduracağınız anketlər vasitəsilə, sizin sağlamlığınız barədə əldə edəcəkləri ətraflı məlumatı və mövcud analizləri incələdikdən sonra, sizin sağlamlığınızla bağlı diaqnozları, müalicə alternativlərinizi və bu istiqamətdəki öz tövsiyyələrini sizə, sizin adınıza hazırlanmış bir videoyazı ilə çatdıracaqlar. Bununla yanaşı, Medicopin.com vasitəsiylə həkiminizlə, üz-üzə də görüşə bilərsiniz. Bu səbəbdən, növbəti mərhələlərdə doldurmalı olacağınız anketlərdəki məlumatların hər iki variantda, dəqiq və yenilənmiş olduğundan əmin olun. Hər hansı bir əksik məlumat olarsa və ya ziddiyətli məsələ olarsa mütəxəssislərimiz sizinlə əlaqə yaradacaqlar.

Medicopin.com bütün dünyada tanınan pediatrları, sizlərə ən müasir diaqnoz metodlarını və müalicə alternativlərini təqdim etməklə kifayətlənmir; belə ki onlar bütün xəstələr üçün müasir tibbin ən güclü vasitələrindən olan erkən diaqnoz və qoruyucu həkimliyi də geniş şəkildə təqdim edirlər.

Pediatriya klinikamızdan faydalanan istifadəçilərimiz, sağlamlıqları və müalicə alternativləri haqqında ən sağlam mənbələrdən məlumat alaraq bura müraciət edirlər.

Pediatriya klinikamızın tibbi müalicə xidməti verdiyi əsas xəstəliklər aşağıdakılardır:

  • Pediatrik Kardiologiya
  • Pediatrik Diabet və Endokrinologiya
  • Pediatrik Hematologiya və Onkologiya
  • Pediatrik Gastroenterologiya və Qidalanma
  • Uşaq infeksiyon xəstəlikləri
  • Pediatrik Nefrologiya
  • Pediatrik Nevrologiya
  • Pediatrik Neyrocərrahiyyə
  • Uşaq döş qəfəsi xəstəlikləri
  • Pediatrik Revmatologiya
  • Pediatrik Ürologiya
  • Uşaqların Böyüməsində Pozuntular
  • Yeni doğulmuş körpələrin sağlamlığı
  • Yeniyetmələrin sağlamlığı
  • Qidalanma pozuntuları

Texnoloji imkanlarını müasir tibbin xidmətinə təqdim edən medicopin ilə yeni bir təcrübəyə hazırsınız? Etibarlı və ən son məlumatları tez bir zamanda əldə etmək üçün burdan daxil olun.